∑ Grand Park
 

Proyekt haqqında  

 Müasir kottec şəhərciyi olan “Şıx” Qrand-parkı elit səviyyəli yaşayış yerinin yeni standartlarını özündə ehtiva edir. Bu kottec şəhərcik yüksək səviyyəli rifah içərisində yaşayan, yaşayış keyfiyyətinə bu cür yüksək tələblər qoyan, paytaxtın çox surətli ritmindən yorulmuş və şəhərkənarında öz evinin olmasını arzulyan məhdud dairəli sakinlər üçün nəzərdə tutulub.

“Şıx” Qrand-parkı hal - hazırda şəhərkənarı elit yaşayış yerləri üçün irəli sürülmüş bütün tələblərin nəzərə alınması ilə tikilir. Şəhərcik mənzərəli və ekoloji cəhətdən təmiz bir ərazidə yerləşir. Burada siz həyatın tamamilə başqa xusisiyyətini əldə edirsiniz. Izi əhatə edən insanlar eyni maraqlara malikdirlər, onların maddi rifahı, eləcə də həyatla bağlı anlayışları Sizinki ilə eynidir.

 Şəhərciyin əsas üstün cəhəti – sakit “şəhərkənarı” xüsusuiyyətlə şəhər rahatlığının çox gözəl vəhdətinin təşkil etməsidir. Şəhərkənarında yaşamaq və bir neçə dəqiqə ərzində Bakıın mərkəzinə yetişmək üçün imkana malik olmaq – bu çox gözəldir.

Kottec şəhərciyi olan “Şıx” Qrand-parkı eyni üsluba əməl edilməklə dörd tip evlərlə tikilir. Hər bir kottec öz həyatyanı sahəsi, 3 mərtəbəli. Ümumi sahəsi 380 m2-dən 500 m2-ə kimi olan geniş otaqlardan, həmçinin onlarla yanaşı bir avtomabil üçün nəzərdə tutulmuş örtülü qarajdan ibarətdir. Bununla yanaşı şəhərciyin ərazisində 7 blokdan ibarət 6 mərtəbəli bina da vardır. Binanın axırıncı mərtəbəsində dupleks tipli mənzillər yerləşir. Bu binada avtomabillər üçün yeraltı saölama sahəsi (parkinq) də mövcuddur ki, bu da öz nöbəsində avtomabillərin küçədə saxlanılması zəruriliyini aradan qaldırır.

 "Şıx” Qrand-parkında komfortlu həyat üçün lazım olan bütün şərait yaradılmışdır. Şəhərcikdə sutka ərzində servis və istismar xidməti fəaliyyət göstərir. Müntəzəm olaraq, yaşıl ot örtüklərinin (qazonların) biçilməsi, zibillərin daşınması, ətraf ərazilərin təmizlənməsi, kotteclərin daxili avadanlıqlarına qulluq göstərilməsi həyata keçirilir. İstismar xidməti kottec şəhərciyin bütün mərkəzləşdirilmiş kommunikasiyasının fasiləsiz işləməsini təmin edir. Təcrübəli personal şəhərcik sakinlərinin bütün texniki və kommunal problemlərini operativ surətdə həll edir.

Hər bir ev müasir telekommuniaksiya sistemlərinə qoşulmuşdur. Şəhərcikdə özünün rəqəmli telefon stansiyası (ATS), internet, peyk televiziyası quraşdırılmışdır. Belə bir keyfiyyətli evin içərisində təsadüfən şəhərdə olmaığını yaddan çıxarda bilərsən: şəhər səviyyəli kommunikasiyalar sivil insanın komfortlu yaşayışı üçün bütün şəraiti yaradır.

 Təhlükəsizlik xidməti etibarlı texniki avadanlıqlardan istifadə etməklə şəhərciyin ərazisinin sutka ərzində mühafizəsini təmin edir. Şəhərciyə girşdə nəzarət-buraxılış məntəqəsi yerləşir. Məlumatlar kameralar vasitəsilə yoxlanılır və vahid mühafizə mərkəzinə göndərilir. Bu cür təhlükəsizlik sistemi şəhərciyin ərazisində arzu edilməyən qonaqların olmasını təmamilə aradan qaldırır və sakinlərin sakit yaşayışını təmin edir.

Şəhərciyin ərazisində evlərə gedən rahat yollar salınmış, qonaqlar üçün dayanacaq və ətraflı düşünülmüş işıqlandırma vardır. Şəhərcikdə mövcud olan mağazalar izə zəruri ərzaqların alınması üçün evdən uzun müddətdə çıxmamağnıza kömək edir.

Şəhərciyin bütün ərazisində və yol zolaqları boyunca ağac və güllüklər əkilmişdir. Burada evlərin ətrafında hündür hasarlar yoxdur, lakin bütün şəhərciyin hasarlanması belə onun mənzərəli təbiətlə qovuşmasına mane olmur.